FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Sinif nümayəndələri ilə görüş

15.10.2024

  15.10.2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə UBR Nərmin Hüseynzadənin təşkilatçılığı ilə sinif nümayəndələrinin iştirakı ilə iclas keçirildi. İclasda liseyin tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev, psixoloq S. Nəbiyeva da iştirak edirdi.

  Əvvəlcə UBR N.Hüseynzadə sinif nümayəndələrinin hüquq və vəzifələrindən danışdı. Psixoloq S. Nəbiyeva “sinif nümayəndəsinin hansı müsbət xarakterik xüsusiyyətləri olmalıdır” mövzusunda söhbət apardı. Tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev sinif nümayəndələrinin il boyu görəcəkləri işlər barəsində məlumat verdi.