FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz Ümumdünya Qida Günü ilə bağlı tədbirdə iştirak ediblər

16.10.2024

   16 oktyabr 2024-cü il tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin (FAO) və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumdünya Qida Günü ilə bağlı tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərə düzgün qidalanma, qida təhlükəsizliyi və ona olan təhdidlər və FAO-nun yarandığı tarixdən bu günə qədər qida təhlükəsizliyində oynadığı rol barədə məlumat vermək idi.

   İnteraktiv formatda keçirilən tədbirin sonunda RUGİM-in ekoklub dərnəyinin üzvlərinə qida sistemləri haqqında məlumatları özündə əks etdirən kitabçalar hədiyyə olundu.

     Qeyd edək ki, bu tədbirdə Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7-ci sinfində təhsil alan 2 şagird də iştirak edirdi.