XƏBƏRLƏR

VII sinif şagirdləri ilə görüş
21.10.2024
21.10.2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyə bu il qəbul olan VII sinif şagirdləri ilə görüş keçirildi.
İclasda liseyin tərbiyə işləri üzrə direktor müavini, nizam-intizam şurasının sədri Valeh Bəyalıyev, nizam-intizam şurasının üzvlərindən UBR Nərmin Hüseynzadə, sinif rəhbəri Çərkəzova Aynurə iştirak etdi.
Əvvəlcə nizam-intizam şurasının sədri Valeh Bəyalıyev şagirdlərə yeni “Şagird davranış qaydaları” haqqında məlumat verdi, sonra UBR Nərmin Hüseynzadə “Məktəbdaxili münasibətlər”, tövsiyə edilən korreksiyaedici tədbirlər, “Rəğbətləndirmə tədbirləri” haqqında şagirdlərlə diskussiya apardı.