
Zəngilan şəhəri günü
22.10.2024
22 oktyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan 7c sinif şagirdlərinin iştirakı ilə Zəngilan şəhəri günü münasibətilə maarifləndirici tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBR Nərmin Hüseynzadə, psixoloq Sevda Nəbiyeva, musiqi müəllimi Sevinc Seyidova, sinif rəhbəri Zülfiyyə Qarayeva iştirak etdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra şagirdlər Zəngilan haqqında hazırladıqları mahnı, şeir və slaydı təqdim etdilər. Şagirdlər Zəngilanın mədəniyyəti, mətbəxi, tanınmış şəxsləri, I və II Qarabağ şəhidləri haqqında ayrı-ayrılıqda ətraflı məlumat verdilər.
Sonda xüsusi vurğulandı ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi hər an hörmətlə yad ediləcək.