FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Sıfır tullantı layihəsi" adlı dərs

22.10.2024

  Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş tədbirlər planına əsasən cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur. 22 oktyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi Zeynalova İradə tərəfindən VIIIe sinfində “Sıfır tullantı layihəsi” adlı dərs təşkil edildi. Şagirdlər dərs prosesində sıfır tullantı layihəsi haqqında məlumat verərək, statistik göstəriciləri bir-biriləri ilə bölüşdülər. Məlumatlarda işğaldan azad olunmuş torpaqlarda “Sıfır tullantının” məqsədi və Qarabağda işğal zamanı baş vermiş ekoloji terrorun fəsadlarının aradan qaldırılması haqqında məsələlər yer almışdı.

  Daha sonra şüurlu istehlakın faydaları və əsas prinsipləri izah edildi, istifadə olunmayan əşyaların mübadiləsinə və ikinci əl bazarının inkişafının vacibliyinə diqqət çəkildi.