
"Kiçik addımlarla gələcəyimizi necə qoruya bilərik?" mövzusunda tədbir
21.10.2024
Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş tədbirlər planına əsasən cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur. 21 oktyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi Zeynalova İradə tərəfindən VIII ç sinfində “Kiçik addımlarla gələcəyimizi necə qoruya bilərik?” mövzusunda dərs təşkil edildi. Dərs zamanı şagirdlər təmiz enerji mənbələrindən (külək, su, günəş) istifadənin, enerjiyə qənaət etmənin faydalarından bəhs edən slaydlar nümayiş etdirdilər. Slaydlarda şagirdlər ekologiyanı qorumaq üçün yaşıllıqların artırılmasının, su mənbələrinin qorunmasının və tullantısız texnologiyalara keçidin vacibliyini vurğuladılar.
Daha sonra “Şüurlu istehlakçı necə olmalıdır?” sualı ətrafında müzakirə təşkil edildi, 3R (Reduce, Reuse, Recycle – azaldın, təkrar istifadə edin, təkrar emal edin) qaydasının tətbiqi sinif şagirdləri tərəfindən izah olundu.