XƏBƏRLƏR

Qubadlı şəhəri günü
25.10.2024
25 oktyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyində təhsil alan 8b sinif şagirdlərinin iştirakı ilə Qubadlı şəhəri günü münasibətilə maarifləndirici tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBR Hüseynzadə Nərmin, psixoloq Sevda Nəbiyeva, sinif rəhbəri Xatirə Məhərrəmova iştirak etdilər.
Tədbir şəhidlərin xatirəsinə birdəqiqəlik sükut və Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra şagirdlər Qubadlı haqqında hazırladıqları məlumatlar, səhnəcik, şeirlər və mahnılar təqdim etdilər.
Sonda xüsusi vurğulandı ki, Vətən torpaqlarının azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi hər an hörmətlə yad ediləcək.