FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

VIII sinif şagirdləri ilə görüş

28.10.2024

28.10.2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyə bu il qəbul olan VIII sinif şagirdləri ilə görüş keçirildi.

İclasda liseyin tərbiyə işləri üzrə direktor müavini, nizam-intizam şurasının sədri Valeh Bəyalıyev, nizam-intizam şurasının üzvlərindən  UBR Nərmin Hüseynzadə iştirak etdi.

Əvvəlcə nizam-intizam şurasının sədri Valeh Bəyalıyev şagirdlərə yeni “Şagird davranış qaydaları” haqqında məlumat verdi, sonra UBR Nərmin Hüseynzadə “Məktəbdaxili münasibətlər”, tövsiyə edilən korreksiyaedici tədbirlər,  “Rəğbətləndirmə tədbirləri” haqqında şagirdlərlə diskussiya apardı.