FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

IX sinif şagirdləri üçün yoxlama imtahanı

29.10.2024

   29 oktyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan IX sinif şagirdləri üçün buraxılış formatinda yoxlama imtahanı təşkil edildi. İmtahanın keçirlməsində əsas məqsəd şagirdlərin buraxılış imtahanlarına hazırlığının vəziyyətini müəyyən etməkdir. İmtahan əvvəlcə ingils dili fənni üzrə dinləmə prosesi ilə başladı. Şagirdlərə buraxılış fənləri (Azərbaycan dili, riyaziyyat və ingilis dili) üzrə tapşırıqları cavablandırmaq üçün 3 saat vaxt verildi.

  Yoxlama imtahanının nəticələri 10 gün ərzində şagirdlərə və fənn müəllimlərinə təqdim olunacaq.