FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"COP29 Simulyasiyası – Uşaqlar üçün" Ekoloji Forumu

30.10.2024

  30.11.2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “COP29 Simulyasiyası – Uşaqlar üçün” Ekoloji Forumu keçirilib.

  Bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizdə keçiriləcək mötəbər tədbir olan COP29 ilə əlaqədar olaraq Ekoloji Forum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq prosesinə töhfə vermək, gənclərin iqlim dəyişikliyi ilə mübarizədə aktiv iştirakını təşviq etmək, eyni zamanda uşaq və gənclərdə ekoloji şüuru formalaşdırmaq, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə onların bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilib.

  Forumda “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində fəaliyyət göstərən 300-dən çox ekoklub üzvləri içərisində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin eko klub üzvləri də iştirak etmişdir.