FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika fənni üzrə seçim imtahanı

01.11.2024

01 noyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan VII sinif şagirdləri üçün fizika fənni üzrə imtahan təşkil edildi. Məqsəd RFM-ə hazırlıq qrupunun təşkili üçün şagird kontingentini müəyyən etmək idi. Qeyd edək ki, seçim imtahanının tapşırıqlarını liseyin fizika müəllimi Orxan Məmmədov hazırlamışdı. Yaxın 10 gün ərzində şagirdlərin işləri emal edilərək, açıqlanacaq.