XƏBƏRLƏR

Bayraq eşidilən səsimiz, duyulan nəfəsimizdir
05.11.2024
5 noyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyində 9a sinif şagirdlərinin iştirakı ilə 9 Noyabr Bayraq Günüə həsr olunmuş ”Bayraq eşidilən səsimiz, duyulan nəfəsimizdir” adlı tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBR Nərmin Hüseynzadə, psixoloq Sevda Nəbiyeva və sinif rəhbəri Gültən Ədilova iştirak edirdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinə birdəqiqəlik sükutla başladı. Ardınca şagirdlər bayraq günü haqqında təqdimatlar, şeirlər, ingilis dilində çıxış və videoçarxlarını təqdim etdilər.
Tədbirin sonunda, Məmmədov Saleh “Şuşanın dağları” musiqisini tarda ifa etdi.