XƏBƏRLƏR

44 GÜNLÜK ZƏFƏR TARİXİMİZ
05.11.2024
5 noyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan 7ç sinif şagirdlərinin iştirakı ilə “44 günlük Zəfər tariximiz“ adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBR Nərmin Hüseynzadə, psixoloq Sevda Nəbiyeva, 7c sinfinin rəhbəri Zülfiyyə Qarayeva və sinif rəhbəri Aynurə Çərkəzova iştirak etdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi ilə başladı. Şagirdlər Zəfər günü ilə bağlı hazırladıqları slaydlar, şeirlər və səhnəciklər təqdim etdilər.
Sonda Nadirli Afaqın I və II Qarabağ müharibəsinə aid hazırladığı slayd təqdim edildi.