XƏBƏRLƏR

COP29-la bağlı stendlər
06.11.2024
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin IXc sinif şagirdləri ekoloji tərbiyənin düzgün formalaşdırılması, ətraf mühitin qorunması, iqlim dəyişmələri, COP29-la bağlı məlumatların təbliğ olunması məqsədi ilə “yaşıl enerji”yə keçid, “yaşıl iqtisadiyyat”, “yaşıl zona” mövzularında stendlər hazırladılar. Hazırlanan bütün materiallar liseyin foyesində sərgilənir.