FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

COP29 və İqlim dəyişiklikləri

06.11.2024

  06 noyabr 2024-cü il tarixində liseyin VII b sinif şagirdlərindən ibarət Ekoklub üzvləri Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar “COP29 və İqlim dəyişiklikləri” haqqında maarifləndirici tədbir keçirdi. Tədbirdə liseyin direktor müavini Valeh Bəyalıyev, UBR Nərmin Hüseynzadə, sinif rəhbəri Hadıyeva Səbinə, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi və Ekoklub koordinatoru Elnarə Nəsirova iştirak etdilər.

  Tədbirdə Novruzlu Hüseyn hazırladığı qurğunu, digər şagirdlər isə slaydlar təqdim etdilər. Sonda Elnarə Nəsirova şagirdlərlə “İqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda maarifləndirici söhbət apardı.