XƏBƏRLƏR

Şagirdimizin uğuru
03.11.2024
01 -03 noyabr 2024-cü il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində “Robochallenge 2024” yarışması keçirilmişdir. 25 ölkədən 175 şagirdin qatıldığı bu yarışda Azərbaycan məktəblilərindən ibarət komanda “Mini Sumo” kateqoriyası üzrə III yerə layiq görülmüşdü.
Qeyd edək ki, komandanın tərkibində yer alımış Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9c sinif şagirdi Qəhrəmanlı Riyad Elvin oğlunun hazırladığı qurğu qələbənin əldə olunmasında həlledici rol oynadı.
Riyadı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!