XƏBƏRLƏR

Erkən nikah adət deyil, cinayətdir!!!
28.11.2024
28 noyabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10b sinif şagirdlərinin iştirakı ilə "Erkən nikah adət deyil, cinayətdir!!!" adlı açıq dərs təşkil olundu. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev, psixoloq S. Nəbiyeva, UBR N. Hüseynzadə, 10b sinfinin rəhbəri G.Bayramova iştirak etdi.
Şagirdlər hazırladıqları slayd, video çarx, seir və rəsm əsasında erkən nikahın sosial, psixoloji, fizioloji fəsadları haqqında ümumi məlumat verdilər.
Sonda qonaqlar tərəfindən gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirici söhbət aparıldı.