XƏBƏRLƏR

Şagirdlərin psixoloji pasportlarını hazırlamaq məqsədilə testlər aparılıb
02.12.2024
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin psixoloqu Sevda Nəbiyeva 2024-cü ilin oktyabr-noyabr ayları ərzində VII – IX sinif şagirdlərinin psixoloji pasportlarını hazırlamaq məqsədilə bir neçə test aparmışdır. Burada əsas məqsəd şagirdlərdə idraki prosesləri izləmək və tənzimləmək, eyni zamanda fərdi xüsusiyyətləri müəyyən etməklə şəxsiyyətlərarası münasibətlərin hansı səviyyədə olduğunu üzə çıxarmaqdan ibarət idi. Şagirdlər haqqında müəyyən məlumatların əldə edilməsi üçün belə testlərin ilboyu aparılması nəzərdə tutulmuşdur.
Liseyin rəhbərliyi adından psixoloq Sevda xanıma təşəkkür edir, uğurlar arzulayırıq!