XƏBƏRLƏR

Şagirdimiz I yerə layiq görülüb
25.11.2024
Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10a sinif şagirdi Tağızadə İsmayıl Eldəniz oğlu 22 – 24 noyabr 2024-cü il tarixlərində İtaliyanın Roma şəhərində keçirilən “Fibonacci” intellektual yarışması çərçivəsində “Sağlamlıq texnologiyası (Healthtech)” kateqoriyası üzrə I yerə layiq görülmüşdür. Qeyd edək ki, bu yarışda 28 ölkədən 500-dən çox komanda iştirak edirdi.
İsmayılı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!