FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Heydər Əliyevin anım günü

03.12.2024

     03 dekabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8e sinif şagirdləri  Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş  açıq dərs təşkil etdilər. Açıq dərsdə liseyin tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev, UBR N.Hüseynzadə, psixoloq S. Nəbiyeva, təsviri incəsənət müəllimi M. Məmmədova, sinif rəhbəri Gülşən Şaliyeva iştirak edirdilər.

     Dərs H. Əliyevin xatirəsinə həsr olunmuş birdəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə basladi. Daha sonra şagirdlər H. Əliyevin həyatı və hakimiyyət illəri, onun mədəniyyət və incəsənətə, eyni zamanda təhsilə verdiyi töhfələr, ordu quruculuğu ilə bağlı həyata keçirdiyi islahatlar haqqında hazırladıqları məlumatları təqdim etdilər.  Şagirdlərdən bir hissəsi tədbirin mövzusuna uyğun bədii parçalar dedilər və səhnəcik təqdim etdilər.

     Dərsin sonunda “Xarı bülbül” festivalinda Prezident İlham Əliyevin ata nəsihətini yerinə yetirməsi ilə bağlı çıxışı, onun “Qarabağ Azərbaycandır!” şüarı səsləndirildi.