FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı liseyimizdə görüş keçirdi.

05.12.2024

  05 dekabr 2024-cü il tarixində Respublika fizika-riyaizyyat və informatika təmayüllü liseydə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü təşkil edildi. Görüş zamanı sakinlər diqqətlə dinlənildi və onların qaldırdığı müxtəlif problemlərin həlli üçün qeydiyyat aparıldı.

  Elşad müəllim, eyni zamanda liseyin rəhbərliyini narahat edən problemlərlə (hasarın bir hissəsinin alçaq olması, təhlükəli vəziyyətdə olan ağaclar) də maraqlandı, aidiyyəti idarə rəhbərlərinə yerində tapşırıqlar verdi.