XƏBƏRLƏR

Somali Federativ Respublikasının ölkəmizdəki səfiri liseyimizin qonağı oldu
06.12.2024
06 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Elnur Əliyev, İnstitutun direktor müavini Fuad Qarayev və Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamed və onun köməkçisi liseyimizin qonağı oldu. Əsas məqsəd istedadlı uşaqlar üçün təlim prosesinin təşkili baxımından Azərbaycan təcrübəsini öyrənmək, ölkələrində tətbiq etmək imkanlarını nəzərdən keçirmək idi.
Səfir liseyin tədris binasında təlim prosesinin gedişatı ilə maraqlandı, şagirdlərlə söhbət etdi, yataqxanada yataq otaqlarına baxdı, yeməkxana korpusunu gəzdi, ingilis dili mərkəzi ilə tanış oldu.