FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz Azərbaycan Dövlət Tarix Muzeyində oldular

06.12.2024

06 dekabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7a sinif şagirdləri, onların sinif rəhbəri A.Zeynalova, S.Hadıyeva və valideyn R.Eyvazova Azərbaycan Dövlət Tarix Muzeyinə ekskursiya etdilər.

Şagirdlər muzeydə tarixi yaddaşımız olan Zəfər guşəsi, məişət əşyaları, gil və çini qablar, tarixi şəxsiyyət olan H.Z.Tağıyevin ev muzeyi ilə tanış oldular.