FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yataqxanada qalan şagirdlərlə görüş

11.12.2024

11 dekabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin yataqxanasında qalan şagirdlərlə görüş keçirildi. İclasda direktor səlahiyyətlərini icra edən E. Məmmədov, liseyin tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev, UBTR N. Hüseynzadə, psixoloq S. Nəbiyeva iştirak etdilər.

Əvvəlcə E. Məmmədov şagirdlərə yataqxanada yeni yaradılan kompüter otağı, ondan istifadə qaydaları haqqında məlumat verdi, yataqxanada davranış və təmizliyə xüsusi diqqət yetirməyi onların nəzərinə çatdırdı. Sonra tərbiyə işləri üzrə direktor müavini V.Bəyalıyev yataqxanadakı şərait haqqında, UBTR  N. Hüseynzadə isə yataqxanada yaradılan oxu zalı haqqında məlumat verdi. Psixoloq S. Nəbiyeva bildirdi ki, şagirdlərin yataqxana mühitinə uyğunlaşmasında qarşılaşdıqları çətinlikdlərin aradan qaldırılması üçün əməkdaşlığa hər zaman hazırdır.

Sonda şagirdlərin fikirləri dinlənildi, onlardan gələn müsbət təkliflərin dəyərləndiriləcəyi diqqətə çatdırıldı.