FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Zərərli vərdişlər sağlamlığa qəsddir

13.12.2024

    13 dekabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin biologiya müəllimi İradə Zeynalovanın təşkilatçılığı və VIIId sinfinin fəal iştirakı ilə “Zərərli vərdişlər” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə liseyin tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev, UBTR N. Hüseynzadə, psixoloq S. Nəbiyeva, sinif rəhbəri R. Hüseynova iştirak etdilər.

      Şagirdlər qarşılıqlı disskusiya apararaq hazırladıqları “Narkotikə yox deyək!”, “Spirtli və zərərli içkilər”, “Sağlam qidalanma”, “Yuxusuzluq”, “Virtual aləm, kompüter oyunları və telefonun asılılq yaratması” adlı  təqdimatları nümayiş etdilər. 

  Tədbirdə iştirak edən müəllimlər  şagirdlərə lazımı tövsiyələr verdilər. Sonda şagirdlər  “Özünə və ətrafındakılara dəyər ver, narkotiksiz həyat seç!

Hər siqaret tabutunuza vurulan bir mismardır!

Sağlam həyat xoşbəxt gələcək deməkdir!

Sənin həyatın bir dəyərdir, onu heç nə ilə məhv etmə!

Əsl cəsarət problemləri həll etməkdir, onlardan qaçmaq deyil!

Gələcəyini parlaq etmək üçün narkotikdən uzaq dur!

Xoşbəxt həyat sağlam bədənə bağlıdır!” kimi süarlarla tədbiri yekunlaşdırdılar.