
"Sən sahibkarsan" mövzusunda açıq dərs
13.12.2024
13 dekabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə yuxarı sinif şagirdlərində maliyyə savadlılığının artırılması və kiçik biznesin yaradılması ilə bağlı “Sən sahibkarsan” mövzusunda açıq dərs keçirildi. Dərsi məktəbin riyaziyyat müəllimi, əməkdar müəllim Zabul Əhmədov keçdi. Dərsdə tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, qonaq qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri prof. Hikmət Əlizadə, Sosial Tədqiqatlar Mərkəzinin Təhsil Sektorunun müdiri Elmin Nuri, “Məktəb guşəsi” jurnalının və saytının baş redaktoru Məzahir Məmmədli və təhsil eksperti Elşən Qafarov iştirak etdilər.
Dərs zamanı şagirdlərə biznesin qurulması haqqında nəzəri biliklər verildi, biznes planın tərtibedilmə qaydaları əyani göstərildi, şagirdlərin biznes ideyaları müzakirə edildi. Dərsdə ən kreativ biznes planın təqdimatı keçirildi. Sonda qonaqlar dərs haqqında təəssuratlarını bölüşərək, şagirdlərə uğurlar arzuladılar.