FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Yarat" Müasir İncəsənət Məkanına ekskursiya

17.12.2024

   17 dekabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7b şagirdləri, sinif rəhbəri Hadıyeva Səbinə və Ekoklub koordinatoru Elnarə Nəsirova “Yarat” Müasir İncəsənət Məkanına ekskursiya etdilər.

  Əvvəlcə şagirdlərə “Yarat”ın təsisçisi və bədii rəhbəri Aida Mahmudova haqqinda məlumat verildi. Sonra şagirdlərimizə “Sükutun səsləri” adli fərdi sərgi təqdim edildi. Onlara həmçinin 12 küpdən ibarət və üzərində müxtəlif cizgilər olan yerli daşlarla tikilmiş intalyasiya təqdim olundu. Şagirdlər burada küplərlə bağlı müxtəlif oyunlar oynadilar. Hər şagird öz fikrini, düşündüyünü azad şəkildə söylədi.