FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Qalib ölkənin qalibləri - 2024"

17.12.2024

  17 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qalib ölkənin qalibləri - 2024” adlı mükafatlandırma mərasimi keçirilib. Mərasimə müxtəlif sahələrdə Azərbaycan adını yüksəklərə qaldıran uşaqlar dəvət olunmuşdur. Mükafata layiq görülən uşaqların sırasında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri də yer alıb:

          Güləliyev Aqil Ramil – 11b sinfi,

          Lətifli Oqtay Fuad – 11b sinfi,

          Cəfərli Raul Azər – 11ç sinfi,

          İmanlı Elvin Aydın – 11ç sinfi,

          Bayramlı Rahidil Səbuhi – 10b sinfi,

          Hüseynov Fərhad Hüseyn – 10b sinfi,

          Müseyibzadə Tural Hafiz – 10b sinfi.

          Şagirdləri təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!