
İqlim dəyişikliyinin yaratdığı fəsadlar
19.12.2024
Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Dünya bu səbəbdən ciddi böhranla üz-üzədir. Bu xüsusda 19 dekabr 2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIIIc sinif şagirdlərinin iştirakı ilə "İqlim dəyişikliyinin yaratdığı fəsadlar" adlı maarifləndirici tədbir təşkil edildi. Tədbirdə psixoloq S. Nəbiyeva, UBTR N. Hüseynzadə, coğrafiya müəllimi S. Hacıyeva, VIIIc sinfinin rəhbəri E. Əhmədova iştirak edirdi.
Şagirdlər hazırladıqları “Hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir”, ”Dünya iqlim dəyişməsi səbəbindən ciddi böhranla üz-üzədir” adlı təqdimatlarla bu istiqamətdə apardıqları araşdırmaları haqqında ümumi məlumatlar verdilər.
Tədbirdə çıxış edən psixoloq S. Nəbiyeva bildirdi ki, iqlim dəyişmələrinin insanların həm psixoloji, həm də fizioloji cəhətdən gündəlik həyatına təsir edir.
UBTR N. Hüseynzadə şagirdlərə suya, enerjiyə qənaət etmələri haqqında məlumat verdi. Sonda coğrafiya müəllimi S.Hacıyeva şagirdlərlə debat təşkil etdi.