
"Ləziz saat" adlı kulinariya yarışı
24.12.2024
24.12.2024-cü il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə UBTR Nərmin Hüseynzadənin təşkilatçılığı ilə VII və VIII siniflər arasında “Ləziz saat” adlı kulinariya yarışı keçirildi. Komandaların tərkibi 3 nəfər şagird və 3 nəfər valideyndən ibarət idi. Yarışda iştirakçılar müəyyən edilmiş vaxt ərzində 3 ədəd salat hazırladılar.
Münsiflər heyəti aşağıdakı tərkibdə formalaşdırılmışdır:
Tərbiyə işləri üzrə direktor müavini: Valeh Bəyalıyev,
Psixoloq: Sevda Nəbiyeva,
Operator: Mailə Məsimova,
Respublika Uşaq-Gənc İnkişaf Mərkəzinin nümayəndəsi: Elnarə Nəsirova,
Liseyin yeməkxanasının baş aşbazı: Tərlan Qurbanov
Münsiflər heyəti şagirdlərin hazırladıqları salatları qiymətləndirdi. Nəticələrə əsasən, VIIb sinfinin komandası I yerə, VIIIe sinfinin komandası II yerə, VIIId sinfinin komandası isə III yerə layiq görüldü. Hər 3 komanda hədiyyələrlə mükafatlandırıldı.
Sonda valideynlərin hər birinə yeni il hədiyyələri paylandı.