FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"E Twining" layihəsi

26.12.2024

Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən "E Twining" layihəsi çərçivəsində 23-25 dekabr 2024-cü il tarixlərində Şabran şəhərində Regional Konfrans təşkil olundu.
Konfransın əsas məqsədi E Twining layihəsinin regionlarda da inkişafını təşviq etmək idi. Bu konfransda "E Twining" layihələrində iştirak edib Milli və Avropa keyfiyyət nişanına layiq görülən müəllimlər iştirak edirdi. İştirak edən müəllimlər sırasında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Günay Şərifzadə də yer alaraq, konfransa "Virtual irs körpüsü: Mədəniyyətləri birləşdirən tarixi abidələr" adlı layihə təqdim etmişdi.
Layihədə əsas məqsəd dünyanın müxtəlif ölkələrində mövcud olan tarixi abidələrin tanıdılması, mədəni irsin qorunması, müxtəlif mədəni abidələrə qarşı maraq və hörmət yaratmaqdır.
Layihə iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Konfransın sonunda Konfrans iştirakçılarına sertifikatlar təqdim edilmiş və "E-Twining" layihəsinin daha çox məktəblərdə tanıdılması istiqamətində həyata keçiriləcək işlərdə uğurlar arzulanmışdı.