
"Necə polis olmaq olar?" adlı maarifləndirici tədbir
10.01.2025
10 yanvar 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə Polis Akademiyası və Yasamal RPİ-nın 28-ci PŞ-nin YYÇ nümayəndələri tərəfindən “Necə polis olmaq olar?” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Polis Akademiyasının Kriminalistika kafedreasının rəisi, polis polkovnik-leytenantı Orxan Yaqublu, Yasamal RPİ-nin 28-ci PŞ-nin YYÇ işləri üzrə inspektoru, polis kapitanı Ceyhun Şahverdiyev, liseyin tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBTR Nərmin Hüseynzadə, sinif rəhbəri Gilə Bayramova iştirak etdi.
Polis Akademiyasının Kriminalistika kafedrasının rəisi polis polkovnik-leytenantı Orxan Yaqublu Polis Akademiyası haqqında çıxış edərək, Akademiyanın sıravi milis nəfərləri və komandir kadrları hazırlayan bir məktəb olduğunu, həmin ali məktəbə daxil olmaq üçün hansı mərhələdən keçməli olduqlarını şagirdlərin nəzərinə çatdırdı.