FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Böyük Summativ Qiymətləndirmələrin emalına başlanılıb

16.01.2025

Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan şagirdlərin I yarımilə aid Böyük Summativ Qiymətləndirmələrinin emalına başlanılıb. Hal-hazırda şagirdlərin işləri liseydə ayrı-ayrı fənlər üzrə təşkil edilmiş komissiyalar tərəfindən yoxlanılır. Qeyd edək ki, həmin komissiyalara liseyin ən peşəkar əməkdaşları cəlb olunub. Yaxın günlərdə nəticələr şagirdlərə təqdim olunacaq.