FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

20 Yanvar – Ümumxalq Hüzn Günüdür

17.01.2025

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, 17 yanvar 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə xüsusi dərslər keçirildi. Dərsləri liseyin Azərbaycan dili müəllimi Aləmzər Mirzoyeva və tarix müəllimi Günay Şərifzadə təşkil etdilər. Şagirdlərə həmin günlərin kadrlarını əks etdirən videoçarxlar göstərildi, uşaqların hazırladıqları plakatlar, slaydlar nümayiş etdirildi. Liseyin foyesində də 20 Yanvarla bağlı şagirdlərin hazırladıqları stendlər yerləşdirildi.

Bu gün keçirilən tədbirlərdə 20 yanvarda şəhid olanların müstəqil Azərbaycan uğrunda mübarizəyə qatıldıqları, ölkə vətəndaşları üçün nümunəyə çevrildikləri, uyuduqları Xiyabanın and yerimizə çevrildiyi xüsusi vurğulandı. İştirakçılar bir daha qeyd etdilər ki, şəhidlərin mübarizəsi suverenliyimizə gedən yolun başlanğıcıdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması da müstəqillik uğrunda aparılan 35 illik mübarizənin yekunudur.