XƏBƏRLƏR
Şagirdlərimiz XXI Beynəlxalq Jautikov Olimpiadasında medallar qazanıblar
18.01.2025
13 – 17 yanvar 2025-ci il tarixlərində Qazaxıstanın Astana şəhərində XXI Beynəlxalq Jautikov Olimpiadası keçirildi. 15 ölkədən 700-dən çox məktəblinin qatıldığı bu olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış edərək, 1 qızıl, 7 bürünc medal qazanıblar. Medal qazanan şagirdlər sırasında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin iki şagirdi də yer alıb. Belə ki, liseyin 10a sinif şagirdi Babazadə Raiq Elnur oğlu və XIb sinif şagirdi Lətifli Oqtay Fuad oğlu fizika fənni üzrə bürünc medal qazanıblar.
Şagirdlərimizi təbrik edir, onlar üçün əziyyət çəkən hər kəsə dərin təşəkkürümüzü bildiririk.