FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlər Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etdilər

07.02.2025

07 fevral 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin sinif rəhbərləri Hüseynova Rəna və Mehdiyeva Aybəniz sinif şagirdləri ilə birlikdə, torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə əlaqədar olaraq, II Fəxri xiyabanda  qəbrini ziyarət edib, məzarı üstünə gül dəstələri qoydular.