XƏBƏRLƏR
ADA Universitetinin əməkdaşları liseyin qonağı olublar
13.02.2025
13 fevral 2025-ci il tarixində ADA Universitetinin Tələbə qəbulu şöbəsinin baş mütəxəssisi Günel Muxtarova, Universitetin İT və Mühəndislik fakültəsinin baş müəllimləri Mixaylo Medvedev və Samir Rüstəmov Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri ilə görüş keçirdilər.
ADA Universitetinin əməkdaşları öz çıxışlarında universitetin dünya təhsil sistemində tutduğu mövqeyi, əldə edilən uğurları barədə ətraflı danışdılar. Həmçinin universitetin magistr ixtisasları, bu ixtisaslara qəbul qaydaları və digər imkanları barədə şagirdlərə geniş məlumat verdilər. Tədbirin sonunda şagirdlərin sualları cavablandırıldı.