XƏBƏRLƏR

7c sinfində valideyn iclası keçirildi
13.02.2025
13 fevral 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7c sinfində məktəbin illik fəaliyyət planına əsasən məktəb-valideyn arasında əlaqələrin mütəmadi məqsədyönlü qurulması, şagirdlərin məktəbdəki fəaliyyəti və I yarımilin yekun qiymətləri barədə məlumat verilməsi məqsədilə valideyn iclası keçirilib. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbəri Qarayeva Zülfiyyə, 7c sinfinin fənn müəllimləri və sinif valideynləri iştirak etdilər.
Şagirdlərin I yarımil qiymətləri, dərsə davamiyyətləri və liseydə davranış qaydaları müzakirə olundu.