
Pedoqoji şuranın növbəti iclası
14.02.2025
14 fevral 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə tədris ilinin birinci yarımilinin yekunlarına dair Pedaqoji şuranın növbəti iclası keçirildi. İclasın gündəliyinə aşağıdakı məslələr daxil idi:
Birinci yarımilin yekunu və ikinci yarımildə qarşıda duran vəzifələr;
I yarımilin sonunda liseyin rəhbərliyi tərəfindən aparılmış BSQ-lərin nəticələri barədə;
Buraxılış siniflərində (IX,XI siniflər) buraxılış imtahanlarına uyğun fənlərin (Azərbaycan dili, riyaziyyat, Xarici dil) tədrisi vəziyyətini öyrənmək üçün aparılan yoxlamaların nəticəsi;
Valideyn komitəsinin işi. Məktəb-valideyn münasibətləri barədə;
Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş məktubda göstərilmiş məslələr barədə.
Hesabatlar dinlənildikdən və çıxışlardan sonra yuxarıda qoyulan məsələlərlə yanaşı, liseydə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin qorunmasının diqqətdə saxlanması xüsusi vurğulandı.