FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz Rahidil Bayramlının yeni uğuru

17.02.2025

  08-09 fevral 2025-ci il tarixlərində Rumıniyada IX “İnfo1Cup” proqramlaşdırma müsabiqəsi keçirilib. 18 ölkədən 166 şagirdin qatıldığı bu müsabiqəyə məktəblilərimiz Azərbaycan Texniki Universitetinin və Gəncə Dövlət Universitetinin laboratoriyalarından onlayn qaydada qoşularaq, 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. Medalçılar sırasında Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 10b sinif şagirdi Bayramlı Rahidil Səbuhi qızı da yer alıb. Belə ki, o bu müsabiqədə bürünc medala layiq görülmüşdür.

  Rahidili təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!