XƏBƏRLƏR

7a sinfində valideyin iclası keçirildi
17.02.2025
17 fevral 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7a sinfində məktəbin illik fəaliyyət planına əsasən məktəb-valideyn arasında əlaqələrin mütəmadi məqsədyönlü qurulması, şagirdlərin məktəbdəki fəaliyyəti və I yarımilin yekun qiymətləri barədə məlumat verilməsi məqsədilə valideyn iclası keçirilib. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbəri Zeynalova Aytac, 7a sinfinin fənn müəllimləri və sinif valideynləri iştirak etdilər.
Şagirdlərin I yarımil qiymətləri, dərsə davamiyyəti və liseydə davranış qaydaları müzakirə olundu.