FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

7b sinfində valideyin iclası keçirildi

18.02.2025

  18 fevral 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 7b sinfində məktəbin illik fəaliyyət planına əsasən məktəb-valideyn arasında əlaqələrin mütəmadi məqsədyönlü qurulması, şagirdlərin məktəbdəki fəaliyyəti və I yarımilin yekun qiymətləri barədə məlumat verilməsi məqsədilə valideyn iclası keçirilib. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbəri Hadıyeva Səbinə, 7b sinfinin fənn müəllimləri və sinif valideynləri iştirak etdilər.

   Şagirdlərin I yarımil qiymətləri, dərsə davamiyyəti, müntəzəm dərslərə hazırlıqlı olmaları və liseydə davranış qaydaları müzakirə olundu. Sonda Valeh müəllim danışaraq, 7b sinfinin şagirdləri tədbirlərdə fəal iştirak etdikləri üçün valideyinlərə təşəkkürünü bildirdi.