8a sinfində valideyn iclası keçirildi
19.02.2025
19 fevral 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8a sinfində məktəbin illik fəaliyyət planına əsasən məktəb-valideyn arasında əlaqələrin mütəmadi məqsədyönlü qurulması, şagirdlərin məktəbdəki fəaliyyəti və I yarımilin yekun qiymətləri barədə məlumat verilməsi məqsədilə valideyn iclası keçirilib. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbəri Əlizadə Burlaxatun, 8a sinfinə dərs deyən fənn müəllimləri və valideynlər iştirak etdilər.
Şagirdlərin I yarımil qiymətləri, dərsə davamiyyəti, müntəzəm dərslərə hazırlıqlı olmaları və liseydə davranış qaydaları müzakirə olundu. Sonda Valeh müəllim danışaraq, valideynlərin üzərinə düşən məsuliyyətin artırılması, övladları üzərində nəzarətin və tələbkarlığın gücləndirilməsi ilə bağlı məsələləri onların diqqətinə çatdırdı.
İclasda çıxış edən bütün valideynlər uşaqlarının təhsili üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduqlarını bildirdilər.