XƏBƏRLƏR

21 Fevral Beynəlxalq Ana Dili Günü
21.02.2025
21 Fevral Beynəlxalq Ana Dili Günü dünyada dil müxtəlifliyinin və ana dilinin qorunmasının vacibliyini vurğulayan əlamətdar bir gündür. Bu münasibətlə 21 fevral 2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnarə xanımın rəhbərliyi ilə 7a sinfində maraqlı və mənalı bir tədbir keçirildi.
Tədbir Azərbaycanın zəngin dil irsini qorumaq və şagirdlərdə ana dilinə sevgi aşılamaq məqsədi daşıyırdı. Tədbirin gedişində ana dilimizin əhəmiyyətini vurğulayan şüarlar səsləndirildi. Şagirdlər dilimizin zənginliyini və gözəlliyini ifadə edən şeirlər söylədilər, həmçinin qısa səhnəciklərlə ana dilinin gündəlik həyatımızda tutduğu yerə diqqət çəkdilər.
Maraqlı məqam isə, əcnəbi dillərdən dilimizə daxil olmuş bəzi sözlərin Azərbaycan dilində düzgün qarşılıqları haqqında məlumatın verilməsi oldu. Bu hissə şagirdlər üçün maarifləndirici xarakter daşıyaraq, onların dilə daha şüurlu yanaşmalarına təkan verdi.
Tədbirin sonunda Gülnarə müəllim ana dilinin hər bir xalqın milli kimliyinin təməl daşı olduğunu vurğulayaraq, gənc nəslin bu dəyərlərə sahib çıxmasının vacibliyini qeyd etdi.