FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Qanla yazılan tarix

26.02.2025

   26 fevral 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə UBTR Nərmin Hüseynzadənin təşəbbüsü ilə 7a sinif şagirdlərinin hazırladığı "Qanla yazılan tarix" adlı tədbir keçirildi. Tədbirdə müəllimlər və şagirdlər iştirak edirdi.

   Tədbir şəhidlərimizin xatirəsinə həsr olunmuş birdəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı .

   Əvvəlcə aparıcı Xocalı soyqırımı haqqında məlumat verdi. Daha sonra şagirdlər Xocalı şəhəri haqqında slayd, şeir və səhnələr təqdim etdilər. Daha sonra şagirdlər vətənpərvərlik ruhunda mahnılar oxudular.