FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

8ç sinfində valideyn iclası

03.03.2025

  03 mart 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8ç sinfində məktəbin illik fəaliyyət planına əsasən məktəb-valideyn arasında əlaqələrin mütəmadi məqsədyönlü qurulması, şagirdlərin məktəbdəki fəaliyyəti və I yarımilin yekun qiymətləri barədə məlumat verilməsi məqsədilə valideyn iclası keçirildi. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, 8ç sinfinin rəhbəri, fənn müəllimləri və sinif valideynləri iştirak etdilər.

  Şagirdlərin I yarımil qiymətləri, dərsə davamiyyəti, müntəzəm dərslərə hazırlıqlı olmaları və liseydə davranış qaydaları müzakirə olundu. Sonda Valeh müəllim danışaraq, şagirdlərin olimpiadalarda fəal iştirak etdiklərini qeyd etdi və valideynlərə təşəkkürünü bildirdi.