FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

9a sinfində valideyn iclası

04.03.2025

   04 mart 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 9a sinfində məktəbin illik fəaliyyət planına əsasən məktəb-valideyn arasında əlaqələrin mütəmadi məqsədyönlü qurulması, şagirdlərin məktəbdəki fəaliyyəti və I yarımilin yekun qiymətləri barədə məlumat verilməsi məqsədilə valideyn iclası keçirilib. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbəri  Ədilova Gültən, 9a sinfinin fənn müəllimləri və sinif valideynləri iştirak etdilər.

    Müəllimlər şagirdlərin I yarımil qiymətləri, dərsə davamiyyəti,  mövcud nailiyyətləri, liseydəki davranışları, dərsləri mənimsəməsi haqqında valideynləri məlumatlandırdılar. Liseyin sosial həyatında aktiv iştirakına dəstək verilməsi üçün fikir mübadiləsi aparıldı və liseydə davranış qaydaları müzakirə olundu.