FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

XI sinif şagirdlərlə imtahan öncəsi görüş

06.03.2025

  06 mart 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan XI sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə məqsəd XI sinif şagirdlərinin 09 mart 2025-ci il tarixində verəcəkləri buraxılış imtahanı öncəsi nə etməli olduqları, psixoloji olaraq motivasiya edilmələridir. Görüşdə liseyin direktoru Elçin Məmmədov, tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, UBTR Nərmin Hüseynzadə, psixoloq Sevda Nəbiyeva, sinif rəhbərləri və XI sinif şagirdləri iştirak etdilər.

  Görüşdə direktor buraxılış imtahanında şagirdlərin nə etməli olduqları barədə geniş məlumat verdi, onları maraqlandıran suallara cavab verdi, uğurlar arzuladı. Daha sonra psixoloq şagirdlərlə motivasiyaedici söhbət apardı.

  Çıxış edənlər sonda şagirdlərə uğurlar arzuladılar.