XƏBƏRLƏR
Şagirdlərimizin yeni uğuru
08.03.2025
11-17 aprel 2025-ci il tarixlərində Kosovanın paytaxtı Priştina şəhərində keçiriləcək 14-cü Avropa Qızlar Riyaziyyat olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın tərkibi müəyyən olunub. Həmin komandanın tərkibində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin 2 şagirdi də yer alıb: Umudova Zeynəb Baxış qızı,
Qədirova Fidan Emin qızı.
Şagirdlərimizi həm bugünkü bayram, həm də uğurlarına görə təbrik edirik.
Əziz Fidan və Zeynəb, sizinlə fəxr edirik!