XƏBƏRLƏR

VIIIe sinfində valideyin iclası
11.03.2025
11 mart 2025-ci il tarixində Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIIIe sinfində valideyn iclası keçirilib. İclasda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, 8e sinfinin rəhbəri Şalıyeva Gülşən, fənn müəllimləri və sinif valideynləri iştirak etdilər.
İclasda şagirdlərin təlim nəticələri müzakirə olundu, onların sosial münasibətləri və davranış problemləri haqqında valideynlər məlumatlandırıldı.